EN

Cəliliabad sakininin meyiti quyudan tapıldı: Qızı da axtarılır

Cəlilabad rayonunda ata və övladının su quyusuna düşdüyü ehtimal olunur, atanın meyiti tapılıb.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

Belə ki, Fövqəladə Hallar Nazirliyinə (FHN) 20 yaşlı qadının təxminən 15 metr dərinliyi olan su quyusuna düşdüyü barədə məlumat daxil olub. Hadisə yerinə gələn xilasedicilər quyudan həmin qadının atasının meyitin aşkar ediblər. Həmçinin 20 yaşlı qadının da quyuda olduğu ehtimal edilir. Hazırda onun xilas edilməsi üçün əməliyyat aparılır.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadası da cəlb olunub.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Cəlilabad rayon sakini su quyusuna düşüb.

APA xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, bir nəfər təxminən 15 metr dərinliyi olan su quyusuna düşüb. Hazırda onun xilas edilməsi üçün tədbirlər görülür.

Chosen
85
9
editor.az

8Sources