EN

"Zirə" "Osiyek"i keçərsə, pley-offda bu rəqiblə görüşəcək

"Zirə"nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi bəlli olub.
 
Paytaxt təmsilçisi III təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Osiyek"i mübarizədən kənarlaşdırsa, “Omoniya” (Kipr) ilə üz-üzə gələcək.
 
III təsnifat mərhələsində “Fehervar”ı (Macarıstan) hər iki görüşün nəticəsinə əsasən 3:0 hesabı ilə üstələyən kiprlilər pley-offa vəsiqə qazanıb.
 
Qeyd edək ki, pley-off oyunları avqustun 22-də və 29-da baş tutacaq.
 
Axar.az
Chosen
83
9
moderator.az

10Sources