EN

"Real" UEFA Superkubokunun qalibi oldu: altıncı dəfə

İspaniyanın "Real" klubu UEFA Superkuboku uğrunda matçda İtaliyanın "Atalanta" klubunu 2:0 hesabı ilə məğlub ediblər.

Publika.az xəbər verir ki, görüş Varşavadakı Milli stadionda keçirilib. Qaliblərin heyətində Federiko Valverde (60-cı dəqiqə) və Kilian Mbappe (68-ci dəqiqə) fərqləniblər.

"Real" altıncı dəfə UEFA Superkubokunun sahibi olaraq yeni rekorda imza atıb. Klub 2002, 2014, 2016, 2017 və 2022-ci illərdə UEFA Superkubokunu qazanıb. Bununla da Madrid klubu kuboku beş dəfə qazanan İspaniyanın "Barselona" və İtaliyanın "Milan" klublarını qabaqlayıb.

Chosen
105
9
publika.az

10Sources