Bakı. Trend:
Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Trend xəbər verir ki, hadisə Səbail rayonu "Jurnalistlərbinası"nın qarşısında qeydə alınıb.
Elşad Hüseynov idarə etdiyi "Toyota Land Cruiser" markalıavtomobillə yolu keçən, 1974-cü il təvəllüdlü Həqiqət Abbasovanıvurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.