EN

"Jurnalistlərin binası"nın qarşısında avtomobil piyadanı vuraraq öldürdü

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. 

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, hadisə Səbail rayonu "Jurnalistlərin binası"nın qarşısında qeydə alınıb. 

Elşad Hüseynov idarə etdiyi "Toyota Land Cruiser" markalı avtomobillə yolu keçən, 1974-cü il təvəllüdlü Həqiqət Abbasovanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı cinayət işi başlanılıb. 

Bizim.Media

Chosen
134
6
bizim.media

9Sources