Bakıda avtomobil piyadanı vuraraq öldürüb.BUTA.TV xəbər verir ki, hadisə Səbail rayonu Jurnalistlər binasının qarşısında qeydə alınıb. Elşad Hüseynov idarə etdiyi "Toyota Lənd Kruzer" markalı avtomobillə yolu keçən 1974-cü il təvəllüdlü Həqiqət Abbasovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.