EN

Ermənistanın keçmiş müdafiə naziri girov müqabilində azadlığa buraxılacaq

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 15 milyon dram (37,5 min ABŞ dolları) girov müqabilində azadlığa buraxılacaq.

“İki sahil” “Sputnik-Ermənistan”a istinadla xəbər verir ki, bu barədə təqsirləndirilən şəxsin vəkili Albert Benqlyan bildirib.

Qeyd olunur ki, Tonoyan yararsız sursatların tədarükü zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə “İrəvan-Kentron” cəzaçəkmə müəssisəsində saxlanılır.

O, 2021-ci ilin sentyabrından həbsdədir. Bu iş üzrə həmçinin Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Artak Davtyan, Müdafiə Nazirliyinin Aviasiya İdarəsinin keçmiş rəisi Avetik Muradyan və digər vəzifəli şəxslər də ittiham olunurlar.

İstintaq onları yararsız təyyarə raketlərinin alınmasında və 4,6 milyon ABŞ dolları həcmində vəsaitin mənimsənilməsində iştirakda ittiham edir.

Chosen
178
6
ikisahil.az

10Sources