EN

İngiltərə - Azərbaycan matçının keçiriləcəyi stadion açıqlanıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində İngiltərə yığması ilə keçirəcəyi səfər oyununun məkanı müəyyənləşib.

"Report" xəbər verir ki, F qrupu çərçivəsində oktyabrın 15-də təşkil olunacaq görüş Bristol şəhərində yerləşən “Ashton Gate” stadionunda baş tutacaq.

Matçın başlama saatı ilə bağlı daha sonra məlumat veriləcək.

"Cebheinfo.az"

Chosen
52
32
cebheinfo.az

10Sources