EN

"Qarabağ"ın yeni "1 nömrə"sini görün, qiymət verin - VİDEO

Xəbər verdiyimiz kimi, "Qarabağ" növbəti transferini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.

Ağdam təmsilçisi qapıçı Mateuş Koxalskini heyətə cəlb edib. Uzun sürən danışıqlar nəticəsində Polşa təmsilçisi “Stal Mielets”lə razılıq əldə olunub.

Klubula 24 yaşlı polşalı qolkiper arasında 3+1 illik müqavilə imzalanıb. O, “Stal Mielets”in heyətində keçirdiyi ötən mövsümdə Polşa çempionatının ən yaxşı qapıçısı adına layiq görülüb.

Koxalski 2022-ci ilin yayından “Stal Mielets”in şərəfini qoruyub. O, bunadək “Legionoviya Legionovo”, “Radomyak Radom” və “Legiya Varşava”da forma geyinib.

Yeni qapıçı bu ilin iyununda Polşanın əsas millisinin AVRO-2024-ə hazırlıq prosesinə dəvət alıb və təlim-məşq toplanışında iştirak edib.

O, bunadək U-16, U-17, U-18 və U-19 milli komandalarında da çıxış edib.

Mateuş Koxalskinin qurtarışları

Chosen
14
1
sportinfo.az

10Sources