Azərbaycanda son günlər müxtəlif infeksion xəstəliklər yayılıb. Səhiyyə Nazirliyi bununla bağlı əhaliyə xəbərdarlıq edib.
İnsanlarda arabir hərarətin yüksəlməsi, ümumi zəiflik, öskürək, boğaz ağrısı, burun axması, bəzən isə ürəkbulanma, qusma kimi hallar bu infeksiyaların əlamətidir, baş infeksionist Təyyar Eyvazov bildirib.
Videoya YouTube kanalımızda baxın.
Bakı xəstəxanasında acınacaqlı vəziyyət: dağılan bina və növbə gözləyən xəstələrAzərbaycanda yayılan qızılca nədir? 7 suala cavabdaCənubi Qafqazda ən çirkli hava Ermənistandadır yoxsa Azərbaycanda?
Mütəxəssis deyib ki, belə infeksiyalar təkcə tənəffüs yollarını deyil, mədə-bağırsaq sistemini də zədələyə bilir. Onlar hava-damcı və təmasla daha çox yayılır.
Xəstəlik, əsasən yüngül və fəsadsız keçsə də, nazirlik infeksiyaya yoluxmuş şəxslərlə yaxın təmasdan çəkinməyi, gigiyena qaydalarına əməl etməyi tövsiyə edir.
Qurum bildirir ki, xəstəliyin əlamətlərini hiss edənlər vaxtında həkimə getsinlər.