İsrail ordusu Livanın cənubuna hava zərbəsi endirib. Hadisə nəticəsində 1 nəfərin öldüyü, 1 nəfərin isə yaralandığı bildirilib.
News365.az xarici KİV-ə istinadla xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, İsrail ordusuna məxsus təyyarələr sərhəd xəttində yerləşən Ayta əş-Şaab qəsəbəsinə hücum edib.
Livan Səhiyyə Nazirliyi hücumda 1 nəfərin öldüyünü, 1 nəfərin isə yaralandığını açıqlayıb.
Digər tərəfdən, İsraildən atılan raketlərin Livan tərəfində böyük yanğına səbəb olduğu bildirilib.
NNA-nın məlumatına görə, İsrailin qeyri-qanuni Metula yaşayış məntəqəsindən atılan raketlər nəticəsində Livanın Mercayun düzündə kənd təsərrüfatı sahəsində böyük yanğın baş verib.