EN

"Azərbaycan Avtomobil Evi" MMC - MƏHKƏMƏYƏ VERİLDİ

"Azərbaycan Avtomobil Evi" MMC yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) inzibati xəta protokolu tərtib olunub.

FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 347-ci  maddəsinə görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.

İş Bakı Şəhər Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin ictaatındadır.

Məhkəmə baxış iclası 30 avqust 2024-cü il, saat 15:40-a təyin edilib.

Chosen
137
11
fed.az

10Sources