EN

“Ukraynaya hərbi yardım məhdudlaşdırılmalıdır”

“Almaniya Ukraynaya hərbi yardımı məhdudlaşdırmalıdır, çünki cari büdcə planına əsasən, hazırda bu məqsədlər üçün yeni maliyyə vəsaitləri yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniyanın maliyyə naziri Kristian Lindnerin müdafiə naziri Boris Pistorius və XİN rəhbəri Annalena Berboka ünvanladığı məktuba istinadən “Frankfurter Allgemeine Sonntagszeitung” qəzeti yayıb. 

Qəzet yazır ki, buna səbəb Federal Kansler Qurumu və Maliyyə Nazirliyi tərəfindən görülən sərt qənaət tədbirləridir: “Artıq təsdiq olunan hərbi texnika hələ də Kiyevə çatdırılır, lakin Kansler Olaf Şoltsun tələbi əsasında Müdafiə Nazirliyinin əlavə müraciətləri daha təsdiq olunmamalıdır”.

Bununla belə, Lindner Ukraynaya maliyyə yardımının kəskin azalacağını proqnozlaşdırmır. Onun fikrincə, gələcəkdə maliyyə vəsaitləri Almaniyanın federal büdcəsindən deyil, Rusiyanın dondurulmuş aktivlərindən təmin ediləcək. 

Qeyd edək ki, Almaniya Ukraynanı silahla təmin etmək həcmi baxımından ABŞ-dən sonra ikinci pillədə yer alıb.

Chosen
341
1
qafqazinfo.az

10Sources