EN

Millimiz Dünya Qadın Seriyasında mübarizəni dayandırdı

3x3 basketbol üzrə Azərbaycan millisi Dünya Qadın Seriyasının Bakı mərhələsində növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu yığma C qrupundakı ikinci oyununda Ukrayna seçməsinə məğlub olub – 12:16. Daha əvvəl də Almaniyanın “Düsseldorf ZOOS” komandasına uduzan milli mübarizəni dayandırmalı olub. Qeyd edək ki, Bakı mərhələsi avqustun 18-də başa çatacaq.    

Chosen
19
12
matc.az

10Sources