EN

"Neftçi" - "Sabah" oyununun yeri yenə dəyişdirildi

Misli Premyer Liqasının III turunda keçiriləcək "Neftçi" - "Sabah" oyununun yeri növbəti dəfə dəyişdirilib.

Məlumatı Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı yayıb.

Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi "Liv Bona Dea Arena"da deyil, Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq.

"Zirə" klubu UEFA Konftans Liqasındakı oyun üçün stadionun ot örtüyünün qorunması məqsədi ilə "Neftçi"yə müraciət edib.

Qeyd edək ki, "Neftçi" - "Sabah" görüşü sabah saat 20:30-da start götürəcək. Bu qarşılaşmanın yeri daha əvvəl "Neftçi Arena"dan "Liv Bona Dea Arena"ya dəyişdirilib. (fanat.az)

Chosen
29
27
musavat.com

10Sources