3x3 basketbol üzrə Azərbaycan millisi Dünya Qadın Seriyasının Bakı mərhələsində növbəti oyununu keçirib.
Publika.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu yığma C qrupundakı ikinci matçında Ukrayna seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma yığmamızın məğlubiyyəti ilə bitib - 12:16
Daha əvvəl Almaniyanın “Düsseldorf ZOOS” komandasına uduzan milli mübarizəni dayandırmalı olub.