Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
AZXEBER.COM xəbər verir ki, günün ikinci matçında \"Sumqayıt\" \"Səbail\"i qəbul edib.
Qarşılaşma \"gənclik şəhəri\" təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Meydan sahiblərində 87-ci dəqiqədə Kamran Quliyev, qonaqlarda 89-cu dəqiqədə Süleyman Alluş fərqlənib. 90+2-ci dəqiqədə Roi Kehat \"Sumqayıt\"ın qələbə qoluna imza atıb.
Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran \"kimyaçılar\" 2-4-cü yerləri bölüşdürür. Bakı klubu isə 1 xalla 9-cu sıradadır.
Günün ilk matçında \"Turan Tovuz\" \"Kəpəz\"i üç cavabsız qolla üstələyib.
Qeyd edək ki, III turun \"Şamaxı\" - \"Qarabağ\" və \"Zirə\" - \"Araz-Naxçıvan\" qarşılaşmaları təxirə salınıb. Tura avqustun 18-də \"Neftçi\" - \"Sabah\" matçı ilə yekun vurulacaq.