EN

UEFA Çempionlar Liqası: “Dinamo” – “Qarabağ” oyununun hakimləri məlum olub

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo” klubu ilə keçirəcəyi ilk matçın hakimləri açıqlanıb.

UEFA avqustun 20-də Zaqrebdə təşkil olunacaq görüşü İsveçdən olan hakimlər briqadasına həvalə edib.

“Maksimir” stadionundakı görüşü Qlenn Niberq idarə edəcək. Baş hakimin köməkçiləri Mahbod Beigi və Andreas Söderkvist olacaqlar. Dördüncü hakim isə Adam Ladebek olacaq.

Almaniyalılar Bastian Dankert və Yohann Pfeifer VAR hakimləri olacaqlar. Mihael Riley (İngiltərə) hakim-inspektor, Filip Popovski (Şimali Makedoniya) UEFA nümayəndəsi vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Chosen
39
5
cbcsport.az

7Sources