RU

Ölkədə alüminium istehsalı 57% artıb

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində bu ilin yanvar-iyul aylarında 771,8 milyon manatlıq məhsul istehsal olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Metallurgiya sənayesi məhsullarının istehsalında 29,2 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 19,5 faiz artım müşahidə olunub.

2024-сü ilin yanvar-iyul aylarında metallurgiya sənayesi üzrə mis məftilin istehsalı 4,7 dəfə, alüminium məmulatlarının istehsalı 56,8 faiz, armatur istehsalı 31 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı isə 9,6 faiz artıb.

Избранный
3
1
iqtisadiyyat.az

2Источники