Bu gün Azərbaycan təmsilçisi "Araz-Naxçıvan" futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində növbəti matçına çıxıb.
“Football-plus.az” xəbər verir ki,B qrupunda yer alan komanda Estoniya çempionu “Sillamae Silla” ilə üz-üzə gəlib. İsveçin Uddevalla şəhərində keçirilən oyun təmsilçimizin 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" ilk oyunda Şimali İrlandiyanın“Sparta Belfast” klubuna7:1 hesabı ilə qalib gəlib.Vitali Borisovun baş məşqçisi olduğu komanda avqustun 24-də İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq.
Əlavə edək ki, yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.
22 avqust
18.00. "Araz-Naxçıvan" -“Sillamae Silla” - 7:0
Qollar: Amadeu, 4:54, Yaniç, 12:01, Kadinho, 15:54, 25:54, K. Manafov, 24:39, Ü. Əliyev, 32:32, X. Ağalızadə, 34:03
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта