RU

"Zirə"yə nəfəs almağa imkan vermədik"

"İlk 30 dəqiqədən sonra rəqibə nəfəs almağa imkan vermədik".

Sportnet.az xəbər verir ki, bunu "Omoniya"nın baş məşqçisi Valdas Dambrauskas Kiprdə "Zirə"yə qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis 6:0 hesabı ilə qalib gəldikləri üçün sevincli olduqlarını bildirib: "Fantastik qələbə münasibəti ilə hər kəsi təbrik edirəm. Əla oyun göstərdik. Rəqibimiz yaxşı komandadır. Onlar da pressinq edirdilər. Qələbəyə görə çox şadam. Gələn həftə pley-off mərhələsini uğurla başa vurmaq və ölkə çempionatının oyununa köklənmək istəyirik. Azarkeşlərimizin möhtəşəm dəstəyi bizə əlavə ruh verdi. Stadionda inanılmaz atmosfer var idi. Futbolçularım çox yaxşı iş bacardılar. Rəqibi cərimə meydançamızdan uzaqda saxladıq".

Qeyd edək ki, "Zirə" və "Omoniya" arasında cavab matçı avqustun 29-da “Liv Bona Dea Arena”da təşkil olunacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.


Избранный
210
4
sportnet.az

10Источники