RU

UEFA reytinqindəki mövqeyimiz

Avropa Liqasının və Konfrans Liqasının ötən gün keçirilən pley-off matçlarından sonra ölkələrin UEFA reytinqi yenilənib.

"Football-plus.az" xəbər verir ki, təmsilçimiz "Zirə" KL-in pley-offunun "Omoniya" (Cənubi Kipr) ilə ilk matçında 0:6 hesabı ilə uduzub.

Buna baxmayaraq, 18,875 xala malik ölkəmizin UEFA reytinqindəki mövqeyi dəyişməyib. Ölkəmiz sıralamada 26-cı pillədədi.

Cari mövsümdə Azərbaycan klubları 2,125 xal qazanıblar. “Zirə” 1,000, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

25-ci yerdəki Cənubi Kiprin 19.225 xalı, 27-ci pillədəki Bolqarıstanın isə 18.625 xalı var. Sıralamaya İngiltərə liderlik edir – 89,303 xal.

Избранный
107
1
football-plus.az

2Источники