RU

“Nar”dan daha bir sosial addım

Son yeniləmə: 23 Avqust 2024 11:00 BAYRAQDAR MEDİA – Sərfəli qiymətləri və müştərilərə uyğun təklifləri ilə tanınan operator “Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində “YAŞAT” Fondunun yeniyetmələr üçün təşkil etdiyi düşərgəsinə dəstək olub.BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən düşərgəyəAzərbaycan və Türkiyədən 15-17 yaş arası, 50-dək yeniyetmə şəhid övladları dəvət edilib: “Layihənin məqsədi ölkələrimizin ərazi bütövlüyü uğrunda həyatından keçən şəhidlərimizin əmanəti sayılan övladlarına mənalı və öyrədici istirahət imkanı yaratmaq və onları ölkəmizin tarixi məkanları və füsunkar təbiəti ilə tanış etməkdir. 21-24 avqust tarixlərini əhatə edən layihə çərçivəsində Əlincə qalasının və Batabat gölünün ziyarəti, həmçinin Naxçıvan qalasına, Əcəmi seyrangahına, o cümlədən, Möminə Xatun türbəsinə ekskursiyası nəzərdə tutulur. “Nar”ın KSM strategiyası və həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz”.

Избранный
159
17
bayraqdar.info

10Источники