RU

İlk qolunu "Zirə"yə vuran: "6:0 kifayət qədər böyük hesabdır"

"Bu qələbəni qazanmaq üçün meydanda bütün gücümüzü ortaya qoyduq.

6:0 yaxşı hesabdır. İndi biz bu işimizi bitirməli və arzularımızın arxasınca getməliyik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Omoniya"nın futbolçusu Amin Xammas Konfrans Liqasının pley-off mərhələsinin "Zirə" ilə ilk oyunundan (6:0) sonra deyib.

Kipr klubunun yeni transferi oyunda ilk qolun müəllifi olub. Bu, həm də belçikalı müdafiəçinin "Omoniya"da ilk qoludur.

Bu barədə danışan futbolçu 6:0 hesablı qələbəyə baxmayaraq, Bakıda keçiriləcək cavab matçına da ciddi yanaşacaqlarını bildirib:

"6:0 kifayət qədər böyük hesabdır, amma futbolda nə olacağını heç vaxt bilmirsən. Cavab oyuna ciddi yanaşmalıyıq.

"Omoniya"da ilk qolu vurduğuma görə xoşbəxtəm. Bunu çoxdan arzulayırdım və nail oldum”.

"Zirə" və "Omoniya" arasında cavab matçı avqustun 29-da Mərdəkandakı “Liv Bona Dea Arena”da keçiriləcək.

Избранный
81
50
sportinfo.az

10Источники