RU

Ağalarov və Nəbiyevlərə məxsus şirkətin 1 milyona yaxın nizamnamə kapitalı artırılır - 3 İLDƏ 30 MİLYON ZƏRƏR EDİB

Yaşayış binalarının tikintisi və satışı ilə məşğul olan "Kristal Bakı" ASC-nin nizamnamə kapitalı 990 min manat artırılır.

FED.az xəbər verir ki, ASC hər birinin nominal dəyəri 1 manat olan 990 min ədəd adi, adlı və sənədsiz səhm buraxıb.

Əgər səhmlərin yerləşdirilməsi uğurla yekunlaşarsa "Kristal Bakı" ASC-nin nizamnamə kapital 10 min manatdan 1 milyon manata yüksələcəkdir. 

Qeyd edək ki, hazırda "Kristal Bakı" ASC-nin səhmdarları Vəliyev Pərviz Ağalar oğlu (50%), Nəbiyev Fərid Elbrus oğlu (25%) və Nəbiyev Araz Mahayət oğludur (25%). Pərviz Vəliyev "Azəraqrartikinti" ASC-də Sədr müavini, Fərid Nəbiyev "Kristal Bakı" ASC-də Maliyyə direktoru, Araz Nəbiyev isə "A+CO" ASC-də Direktor müavini olaraq çalışırlar. Fərid Nəbiyev Araz Nəbiyevin əmisi oğludur. 

Pərviz Vəliyev "Azəraqrartikinti" ASC-nin Müşahidə Şurasının sədri Ağalar Vəliyevin oğludur. Araz Nəbiyev isə “Kristal Abşeron” MTK-nın Müşahidə Şurasının sədri Mahayət Nəbiyevin övladıdır.

Səhmlərin yerləşdirilməsi üzrə anderayter "Assist Finance İnvestisiya şirkəti" ASC-dir. 

Qeyd edək ki, "Kristal Bakı" ASC 2021-ci ili 2 milyon 384 min manat, 2022-ci ili 11 milyon 972 min manat, 2023- cü ili 15 milyon 453 min manat xalis zərər ilə başa vurub. 31 dekabr 2023-cü il tarixində Şirkətin 30 milyon 131 min manat yığılmış zərəri olub.  (Marja)

Избранный
125
4
fed.az

4Источники