RU

Annalena Berbok və Abbas Əraqçi nədən danışdılar?

Almaniyanın xarici işlər naziri Annalena Berbok İranın yeni xarici işlər naziri Abbas Əraqçi ilə telefonla danışıb. Bu barədə İran mətbuatı məlumat yayıb.

Avqustun 22-də baş tutan söhbət zamanı iki ölkə arasında münasibətlər və Yaxın Şərqdəki vəziyyət müzakirə olunub. Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri ümid etdiyini bildirib ki, İranın yeni hökuməti dövründə ölkələr problemlər və maneələri aradan qaldırmaqla əlaqələri genişləndirə biləcəklər. İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri öz növbəsində qeyd edib ki, tərəflər üçün siyasi məsləhətləşmələrin davam etdirilməsi vacibdir. O əlavə edib ki, müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsi üçün qarşılıqlı hörmət və ümumi maraqlara hörmət lazımdır.

Xatırladaq ki, Almaniya Daxili İşlər Nazirliyi ötən ayın sonunda Hamburqdakı İslam Mərkəzini və onun filiallarını bu qurumu ekstremist təşkilat adlandıraraq fəaliyyətini qadağan etmişdi. Departament həmçinin onu konstitusiyaya zidd məqsədlər güdməkdə və “Hizbullah”ı dəstəkləməkdə ittiham edib. Bu həftə İran, Almaniyanın Tehrandakı səfirliyində fəaliyyət göstərən Alman Dilinin Öyrənilməsi İnstitutunu bağlamaq qərarına gəlib.

//Samir Qurbanov, Editor.az

Избранный
177
39
editor.az

10Источники