RU

Millimiz iki məğlubiyyətlə üç pillə geriləyib

Basketbolun 3x3 növü üzrə Avropa kubokunun qrup mərhələsindən sonra qadınlardan ibarət komandaların reytinq siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, cədvəldə dünyanın ən yaxşı 30 komandası yer alıb.

Azərbaycan millisi dünyada 16-cıdır. Yığmamızın hesabında 234,649 xal var.

Avropa kubokunda aldığı iki məğlubiyyət millimizə ciddi təsir edib. Basketbolçularımız Avstriyadakı turnirdə 14,627 reytinq xalı itirib. Bu, komandamızın 3 pillə geriləməsinə səbəb olub.

Qeyd edək ki, cədvələ Kanada başçılıq edir – 571,376. Niderland (477,797) ikinci, Fransa (448,052) üçüncüdür.

İdman.biz

Избранный
11
2
idman.biz

5Источники