RU

Misli Premyer Liqası: "Zirə" "Şamaxı"ya məğlub oldu

Misli Premyer Liqasında IV turun son oyunu "Zirə" və "Şamaxı" komandaları arasında təşkil edilib.

Zirə İdman Kompleksinin stadionunda keçirilən matçda bölgə təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Yeganə qolu 16-cı dəqiqədə Leroy Mikels “qartallar”ın qapısından keçirib.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Səbail” “Kəpəz”i 4:0, “Turan Tovuz” “Qarabağ”ı 1:0, “Sabah” isə “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” - “Neftçi” görüşündə heç-heçə qeydə alınıb - 1:1. Hazırda "Turan Tovuz" 10 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir.

Избранный
48
6
cbcsport.az

6Источники