Naftalanda Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən regional filialının dəstəyi ilə “Himayədar ailə institutunun hədəfləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən regional filialının məsul əməkdaşları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib.
Bildirilib ki, ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi dövlətimizin prioritet sahələrindən biridir. Himayədar ailə institutunun inkişaf hədəflərindən söhbət açılıb, “Himayədar ailə” qayğı modelinin tətbiqi barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Qeyd edilib ki, məqsəd valideyn himayəsindən məhrum olan uşaqların sosial müəssisələrdə deyil, ailələrdə böyüməsinə şərait yaratmaqdır.
Uşaqların müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı müzakirələr aparılıb, yolverilməzliyi diqqətə çatdırılıb.