3x3 basketbol üzrə Azərbaycan millisinin üzvü Mersedes Uolker karyerasını başa vurub.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti açıqlayıb.
2015-ci ildən yığmamızın şərəfini qoruyan Uolker Avropa kubokundan sonra bu qərarı verib.
Millinin heyətində 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının qalibi olan Mersedes Paris-2024 Yay Olimpiya Oyunlarında da komandamızın formasını geyinib.
İdman.biz