RU

“Qarabağ” - “Dinamo”: Öncə Qurbanov, sonra Yakiroviç

Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Dinamo” (Zaqreb) matçından öncə mətbuat konfransı və açıq məşqlər olacaq.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”la Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası arasındakı cavab matçından öncə təşkil ediləcək mətbuat konfransları və açıq məşqlərin vaxtları məlum olub.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov avqustun 27-də, saat 17:30-da Tofiq Bəhramov adına Respublika stadionunda jurnalistlər önünə çıxacaq. Komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) saat 18:00-da başlayacaq.

Qonaq komandanın açıq məşqi saat 19:45-də, baş məşqçi Sergey Yakiroviçin mətbuat konfransı isə 19:15-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.

Avqustun 28-də keçiriləcək “Qarabağ” – “Dinamo” matçına saat 20:45-də start veriləcək. Bu komandalar arasında Xorvatiyada keçirilmiş ilk oyun Zaqreb təmsilçisinin 3:0 hesablı qələbəsiylə yekunlaşıb.

Избранный
63
10
arena.az

10Источники