RU

Almeyda Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib

Riçard Almeyda “Qarabağ”ın forması ilə Azərbaycan çempionatlarında 250-ci dəfə forma geyinib.

35 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının IV turuna təsadüf edib.

O, “Turan Tovuz”la ev görüşündə (0:1) meydana çıxıb. Riçard 250 matçda 51 qola imza atıb.

Braziliyalı yarımmüdafiəçi Azərbaycan çempionatları tarixinə eyni klubda 250 və daha çox oyun keçirən 5-ci futbolçu kimi düşüb. Bu göstəricidə mütləq rekord onun sabiq komanda yoldaşı Maksim Medvedevə məxsusdur – 376 matç. Qara Qarayevlə Aslan Kərimov da “Qarabağ”da, Rahid Əmirquliyev isə “Xəzər Lənkəran”da “250”ni geridə qoyub.

Qeyd edək ki, 2012/2013 mövsümündən fasilələrlə “Qarabağ”da çıxış edən Almeydanın debütü 2012-ci il avqustun 5-nə təsadüf edib. O, “İnter”lə (indiki “Şamaxı”) səfər matçında (1:1) şans qazanıb.

Избранный
69
20
cbcsport.az

10Источники