Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsinə hazırlıq məqsədi ilə 2 beynəlxalq yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Futzal Federasiyasının mətbuat xidməti xəbər verir ki, komanda sentyabrın 19-da və 20-də Çexiya yığması ilə gücünü sınayacaq.
Hər iki matç Zlin şəhərində keçiriləcək.
Qeyd edək ki, millimiz Avropa Çempionatının əsas mərhələsində İsveç, Xorvatiya və Yunanıstanla qarşılaşacaq.