RU

"Starlink" peyki atmosferdə yanıb və Fransa sakinlərini qorxuya salıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Starlink" peyki Yer atmosferinə daxil olub və Avropa üzərində parçalanıb.
Oxu.Az xəbər verir ki, bunu Fransa Astronomiya Cəmiyyətinin vitse-prezidenti Jil Davidoviç BFMTV portalına müsahibəsində deyib.
O bu hadisəni Fransa, Almaniya və İsveçrənin bir neçə regionunun sakinlərinin müşahidə edə biləcəyinə aydınlıq gətirib.
"Peyk Yer atmosferinə daxil oldu və parçalandı. Yerlilər üçün bu, heç bir təhlükə yaratmadı, çünki bu ölçüdə olan cihazlar tamamilə qaz mühitinin yuxarı təbəqələrində yanır", - deyə Davidoviç bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
45
39
oxu.az

10Источники