RU

Cəbrayıl şəhəri və Soltanlı kəndindəki seçki məntəqələri seçkiyə tam hazırdır

Cəbrayıl şəhəri və Soltanlı kəndindəki seçki məntəqələri seçkiyə tam hazırdır

Sentyabrın 1-nə təyin olunan Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə bütün seçki məntəqələrində hazırlıq işləri başa çatıb.

120 Saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi Dairə Seçki Komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, dairə üzrə 82 seçki məntəqəsi var, 2 seçki məntəqəsi işğaldan azad olunan ərazidə, Cəbrayıl şəhərində və Soltanlı kəndi ərazisində yerləşir. dairə üzrə ümumilikdə 54486 seçici qeydə alınıb ki, onlardan da ilk dəfə səs vermədə iştirak etmək hüququ olanların sayı 570 nəfərdir. Seçki prosesini izləmək üçün 1359 nəfər müşahidəçi qeydə alınıb.

İşğaldan azad olunan ərazilərdəki seçki məntəqələri də daxil olmaqla, dairə üzrə bütün seçki məntəqələrində hazırlıq işləri başa çatıb. Seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib.

Mənbə: AZƏRTAC

Избранный
107
50
ilk.az

10Источники