“86 saylı Ağcabədi Seçki Dairəsi üzrə qeydiyyatda olan 55 min 205 seçici 54 seçki məntəqəsində səsvermə hüququndan istifadə edəcək. Dairə üzrə 8 məntəqədə veb-kameralar quraşdırılıb. İlk dəfə səsvermə hüququndan istifadə edəcək seçicilərin sayı 833 nəfərdir. Dairə üzrə üç seçicimizin yaşı 100-dən çoxdur”.Bunu “Seçki 2024”Müstəqil Media Mərkəzinə açıqlamasında 86 saylı DSK-nın sədri Famil İsmayılov deyib.DSK sədri bildirib ki, ahıl yaşlı seçicilərin səsvermə hüququndan istifadə etməsi üçün lazımi addımlar atılır: “Onların sağlamlıq vəziyyəti məntəqəyə gəlməyə imkan verməsə, qanunvericiliyə uyğun şəkildə daşınan seçki qutularından istifadə ediləcək”.İsmayılov qeyd edib ki, dairə üzrə qeydiyyatdan keçmiş 7 namizədin təşviqat kampaniyasına bərabər şərait yaradılıb. Bütün məntəqələrdə təşviqat lövhələri yerləşdirilib, seçicilərlə görüş üçün qapalı və açıq yerlər ayrılıb.“Seçki günü səsvermə prosesini 824 müşahidəçi izləyəcək. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidəçiləri dairədə və məntəqələrdə seçkiyə hazırlıq prosesini izləyiblər”, - o qeyd edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта