RU

“Komandamdan əzmkar, baxımlı futbol gözləyirəm” - Rəşad Sadıqov

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Kiprin "Omoniya" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, mütəxəssis bu gün baş tutan mətbuat konfransında ilk matçda böyükhesablı məğlubiyyətə baxmayaraq, cavab qarşılaşmasına ciddi hazırlaşdıqlarını bildirib:

"İlk görüşdə böyük hesabla uduzduq. Fərqli ab-havada bu qarşılaşmaya hazırlaşmaq istəyərdik. Nəticənin pozitiv olması üçün əlimizdən gələni edəcəyik. Qələbə bizim üçün vacibdir. Komandamdan əzmkar, baxımlı futbol gözləyirəm".

Avqustun 29-da təşkil olunacaq görüş saat 20:00-da start götürəcək. Kiprdəki ilk matçda rəqib 6 cavabsız qolla qalib gəlib.

Избранный
100
15
rekord.az

10Источники