"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda Xorvatiyanın "Dinamo Zaqreb" kollektivi ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesabı 32-ci dəqiqədə Marko Pyasta açıb. 55-ci dəqiqədə isə Ağdam təmsilçisinin heyətində Mateus Silva avtoqol müəllifi olub.
Qeyd edək ki, bu nəticənin ardından qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran "Qarabağ" yoluna UEFA Avropa Liqasında davam edəcək.