RU

Cüdoçular dünya çempionatının ilk günündə qızıl və bürünc qazandı

Perunun paytaxtı Limada yeniyetmə cüdoçular arasında dünya çempionatı start götürüb. Sport24.az xəbər verir ki, ilk gündə Azərbaycan millisinin 3 üzvü mübarizə aparıb. 
 
50 kqda qüvvəsini sınayan Məhəmmədəli Hüsiyev ilk görüşündə italiyalı Tomas Qidoni ilə üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz növbəti görüşünü Fransalı Aksel Kuqa qarşı keçirib. Qələbə qazanan Məhəmmədəli yarımfinala yüksəlib. Bu mərhələdə Aleksey Toptıginə uduzan Hüsiyev bürünc uğrunda Braziliya təmsilçisi Karlos Filyo ilə yarışıb və qələbə qazanaraq fəxri kürsüdə yer alıb. İlk mərhələdən azad olan Bahadır Feyzullayev Aleksey Toptıginlə  qarşılaşıb. Görüş rəqib cüdoçunun qələbəsi ilə yekunlaşıb.
 
60 kqda yer alan Nihad Məmişov mübarizəyə 1/16 finalda qoşulub və onun rəqibi Kanada idmançısı Amir Temirbayev olub. Çempionata qələbə ilə başlayan Nihad 1/8 finalda Polşalı Yan Kolondra, 1/4 finalda isə Macarıstanlı Botond Kunyikə qalib gəlib. O, finala gedən yolda Ukraynanı təmsil edən azərbaycanlı Xəzər Heydərova qalib gəlib. Cüdoçumuz həlledici döyüşdə Monqolustan cüdoçusu Bat-Enerel Batbileglə  qarşılaşıb. Rəqibini məğlub edən Məmişov qızıl medala sahıb çıxıb.
 
Qeyd edək ki, dünya çempionatına sentyabrın 1-də yekun vurulacaq.

Избранный
102
4
sport24.az

10Источники