RU

Mədəniyyət Nazirliyi Qusar Teatrında yeni layihə həyata keçirir

Mədəniyyət Nazirliyi Qusar Teatrında yeni layihə həyata keçirirAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin layihəsi çərçivəsində rejissor Abdulla Elşadlı Qusar Dövlət Ləzgi Dram Teatrına ezam edilib. Layihənin məqsədi bölgə teatrlarını inkişaf etdirmək və onları Bakı teatrlarında gedən proseslərə yaxınlaşdırmaqdır. Bu məqsədlə Abdulla Elşadlı bir ay ərzində Qusar Teatrının aktyor truppasına Stanislavski sistemi əsasında dərslər keçəcək və paralel olaraq C.Məmmədquluzadənin "Eşşəyin itməkliyi" povestinin motivləri əsasında səhnələşdirdiyi, işçi adı "Danabaşlar" olan əsərə quruluş verəcək. Artıq məşqlərinə başlanılmış tamaşanın noyabrın sonlarında təhvil verilməsi planlaşdırılır.Teatrdan Adalet.az-a verilən məlumata görə, tamaşa epik üslubda hazırlanır. C.Məmmədquluzadənin orijinal əsərindən yalnız fabula saxlanılıb. Hadisələr müəllif təxəyyülünün  məhsulu olan Naxçıvanın "Danabaş" kəndindən Qusara köçürülüb. Və nəticədə, "Агьвалатар чи йикъара Кцlарин "Данабаш" тlвар алай хуьре кьиле физва" - "Hadisə baş verir Qusarın "Danabaş" kəndində".Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı Bədəl Bədəlovdur. Rolları truppanın üzvləri Tofik Mustafayev, Elşad Ramazanov, Bədəl Bədəlov, Yeganə Kərimova, Ramella Mahmudova, Pirverdi Pirverdiyev, Tacir Şahbazov, Yura Kərimov, Samir Babayev, Elnur Hacıyev, Bağır Əhmədov, Malik Ramazanov və başqaları ifa edir.

Избранный
211
adalet.az

1Источники