RU

Paris-2024: Parataekvondoçumuz yarımfinalda

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb. 

Bizim.Media xəbər verir ki, K44 kateqoriyasında yer alan idmançı 1/4 final mərhələsində Yaponiya təmsilçisi Mitsuya Tanaka ilə üz-üzə gəlib. 

Rəqibinə qalib gələn (5:3) Zeynalov yarımfinala yüksəlib. 

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq. 

Bizim.Media

Избранный
65
19
bizim.media

10Источники