RU

İndi də köklük trend olur? – Ekspert:  kökəlmə dərmanı istifadə edən qızlarda...”

İndi İndi də köklük trend olur? – Ekspert:

Dünyada arıqlamaq, standart bədən ölçülərinə sahib olmaq istəyənlərlə yanaşı çəkisini artırmaq arzusunda olanlar da var. Vitamin, karbohidrat, zülal tərkibli qidalarla qidalanıb, diyetoloq məsləhəti ilə istənilən çəkiyə sahib olmaq mümkündür. Lakin az çəkiyə sahib olanlar kökəlmək üçün müxtəlif üsullara əl atırlar. Bunun asan yolu isə preparatlar qəbul edib, iynələrdən istifadə etməkdir. Həmin dərmanların birbaşa funksiyası insana artıq çəki qazandırmaq olmasa da müəyyən dozada qəbul etdikdə bədəndəki hormonal balans pozulur və bunun nəticəsində çəki dəyişikliyi baş verir.

Bəs bu dərmanların insan orqanizminə nə kimi təsiri var?

Mövzu barədə Bizim.Media-ya danışan həkim-terapevt Rasif Bağırov deyib ki, kökəlmək üçün istifadə edilən hormonal preparatlar insan bədənində hormonal balansı pozur:

“Əvvəllər kökəlmək üçün hormonal preparatlardan istifadə edirdilər. Həmin dərmanlar da insan bədənində hormonal balansı pozur və onlarda testosteron effekti çox olur. Qadınlar bir az çox istifadə edəndə onlarda kişi cinsiyyət hormonu bir az da artır. Amma bəzi adamlar bunu bilmədən istifadə edib, mənfi təsirləri ilə qarşılaşırlar”.

Həkimin sözlərinə görə, bu dərmanları həkimlər xəstəliyin zəiflətdiyi orqanizmin bərpası üçün istifadə edirlər:

“O tipli dərmanları xəstəlikdən yeni qurtarmış, həddindən artıq orqanizmi zəifləmiş, çəki defisiti olan insanlar üçün yazılır. Heç bir xəsətlik keçirməyın insanlara isə vitamin terapiyası kifayət edir. Terapiyadan sonra müəyyən idman hərəkətləri etmək məsləhət görülür. Çünki vitamin terapiyaları alan xəstələr müalicəvi idman hərəkətləri etməlidirlər. Etməsələr də dərmanlar da effektsiz olacaq, yəni dərmnalar əzələləri inkişaf etdirməyəcək. Çox vaxt əzələ kütləsinin artması hesdabına insanın çəkisi artır”.

O qeyd edib ki, bədənin çəkisi ilə əlaqədar qərar verməzdən öncə çəki indeksini nəzərə almaq mütləqdir:

“İnsan belə preparatlar qəbul etməmişdən öncə özünün çəki indeksini müəyyən etməlidir. Çəki indeksi normaldırsa, ondan kənara çıxmanın mənası yoxdur. Həyatın müəyyən dönəmlərində yaşla bağlı müəyyən dəyişiklikdən sonra arıqlamaq, kökəlmək və yaxud eyni çəkidə qalmaq mümkündür. Əgər çəki indeksi nəzərə alınmadan formanı dəyişmək üçün preparat qəbul olunarsa, sonradan orqanizmdə baş verən dəyişiklik müəyyən problemlər yarada bilər. İnsanda normal çəki indeksi 18-25 arasında olmalıdır. 25-dən 30-a qədər artıq çəki hesab olunur, 30-35 arası birinci dərəcəli piylənmə, 35-40 olarsa, ikinci dərəcəli və s. piylənmə hesab edilir. Ona görə də çəki indeksi normal olan adamların hər hansı təşvişə düşmələrinə ehtiyac yoxdur”.

E-saglam.az

Избранный
140
50
e-saglam.az

10Источники