RU

Banqladeşdə daşqınlarda ölənlərin sayı 52-yə yüksəlib

Bakı, TurkicWorld

Banqladeşdə çayların daşması nəticəsində baş verən daşqınlarda həyatını itirənlərin sayı 52-yə yüksəlib.

TurkicWorld xəbər verir ki, bu barədə Banqladeş Fəlakətlərin İdarə Edilməsi və Yardım Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daşqın ölkə daxilində 5 milyon 400 mindən çox insana təsir etdib.

Qeyd edilib ki, 595 həkim briqadası daşqından zərər çəkmiş ərazilərdə sahədə xidməti vəzifələrini davam etdirir.

Digər tərəfdən, ölkədə baş verən sel fəlakəti ilə əlaqədar bölgədə 500 mindən çox insan 3 min 403 müvəqqəti sığınacaqda yerləşdirilib.

Hafiz Rufizoğlu

Избранный
114
24
turkic.world

10Источники