PAŞA Holding Daşkənddə “The Ritz-Carlton Hotel” layihəsinin icrasına başlayıb.
Banker.az xəbər verir ki, bir müddət öncə, PAŞA Holding və Marriott International, Inc. şirkəti arasında PAŞA Holding-in Özbəkistanda ilk layihəsi barədə müqavilə imzalanmışdır.
Belə ki, Özbəkistanın paytaxtı Daşkənddə yerləşəçək və ölkənin ilk ultra lüks seqmentli oteli olacaq Ritz-Carlton-un, 30 mərtəbədən çox olan binada yerləşəçəyi, 140 otaqdan və üç fərqli restorandan ibarət olması planlaşdırılır.
Növbəti addımların isə eyni ərazidə yaşayış mənzillərinin və ticarət sahəsinin tikintisi olması nəzərdə tutulur.