RU

“Bank Respublika” sığorta şirkətində əlavə səhm almaqla payı 93%-i keçib

“Bank Respublika” ASC səhmdarı olduğu sığorta şirkəti “BakıSığorta” ASC-də iki şəxsdən səhmləri satın almaqla payını 79.4193 faizdən 93.3157 faizə yüksəldib.

Banker.az-ın “İnvestisiya” bölməsinin əldə etdiyi təsdiqlənmiş sənəddə bu bildirilir.

“BakıSığorta” ASC-nin hazırda 8.92 milyon manat nizamnamə kapitalı var.

Ölkənin beş ən iri bankından biri olan “Bank Respublika” sığorta şirkətinin səhmlərini Behbud Nəcəfov və Murad Rəhimovdan satın alıb. Sığorta şirkətinin buna qədər səhmdarları Behbud Nəcəfov Çingiz oğlu 6.9312%-lə (814 səhm) və Murad Rəhimov Arif oğlu 6.9653%-lə (818 səhm) payları vardı.

Hazırda digər səhmdar olan “Ekolizinq” MMC-nin 6.6843%-lik payı və ya 785 səhmi isə dəyişməz qalıb.

Избранный
188
banker.az

1Источники