RU

Göygöldə 4 nəfər dərmandan zəhərlənib, 10 yaşlı uşaq ölüb - YENİLƏNİB

Göygöl rayonunda dərmandan zəhərlənənlərin kimliyi açıqlanıb.

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, hadisənin 1961-ci il təvəllüdlü Mətanət Qasımovanın 2018-ci il təvəllüldü Qasımzadə Fidan Ceyhun qızı, 2014-cü il təvəllüdlü Simuzər Vəliyeva, 2014-cü il təvəllüdlü Aydan Orucovanın başını dərmanla yuyan zaman baş verdiyi bildirilir.

Nəticədə onların dördü də zəhərlənib. Aydan Orucova ölüb.

***

13:58

Göygöl rayonunda zəhərlənmə hadisəsi baş verib.

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, hadisə kəndlərdən birində qeydə alınıb.

Dörd nəfərin zəhərləndiyi, onlardan üçünün uşaq olduğu qeyd edilib. Zəhərlənmə nəticəsində doqquz yaşlı uşaq isə ölüb.

Onların "Niastol" adlı dərmandan zəhərləndikləri ehtimal edilir.

Избранный
60
34
iqtisadiyyat.az

10Источники