Azərbaycan Premyer Liqasında V tura start verilib.
Prosport.Az xəbər verir ki, günün ilk matçı Tovuz şəhər stadionunda keçirilib.
Doğma meydanda "Səbail"i qəbul edən "Turan Tovuz" minimal hesablı qələbə qazanıb. Yeganə qolu 33-cü dəqiqədə Alexandro Serrano vurub.
Ardıcıl 4-cü qələbəsini qazanan qərb təmsilçisi xallarının sayını 13-ə çatdıraraq turnir cədvəlində liderliyini möhkəmləndirib.
Günün son matçında "Sumqayıt" "Araz-Naxçıvan"ın müqavimətini qırmağa çalışacaq. Bu görüşün start fiti saat 20:00-da səslənəcək. "Gənclik şəhəri" təmsilçisi 6 xalla 5-ci, qonaqlar 4 xalla 8-cidir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта