RU

Mingəçevirdə “Kürü keçək?!” adlı yarış keçirilib

Mingəçevirdə
Mingəçevir şəhərində "Kürü keçək?!” açıq suda üzmə yarışı keçirilib.
1news.az AZƏRTAC xəbər verir ki, 300 metr məsafəyə reallaşan yarışda ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 13 yaşdan yuxarı 500-ə yaxın peşəkar və həvəskar idmançı iştirak edib. Yarış başa çatdıqdan sonra yer tutan idmançılar mükafatlandırılıblar. Fəxri kürsüyə yüksələn idmançılara medal və diplomları gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, nazirliyin idman şöbəsinin sədri Elnur Məmmədov, Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) vitse-prezidenti Tamerlan Abdullazadə, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev və Avropa Gimnastikasının vitse-prezidenti Edvard Kolar təqdim ediblər. Su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədi daşıyan yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.

Qeyd edək ki, ilk dəfə açıq suda üzmə yarışı 2022-ci ildə Xəzər dənizində (“Xəzər dalğası”), 2023-cü ildə isə Mingəçevirdə Kür çayında (“Kürü keçək”) təşkil edilib.

Избранный
34
29
1news.az

10Источники