Bakı, 31 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı sentyabrın 1-də “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar həmin gün yalnız hazır şəxsiyyət vəsiqələrinin verilməsi xidmətindən yararlana bilərlər.