"Sabah" klubu Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb. Bakı təmsilçisi bunu V turda "Kəpəz"ə qarşı oyunda nail olub.
Tovuz şəhər stadionunda keçirilən matç "tələbələr"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Xaliq Mərdanovun müvəqqəti rəhbərlik etdiyi komandadan qolları Viktor Braqa (10) və Lassana Ndiaye (18) vurublar. "Sabah"dan isə Coy Lens Mikels (53-p. 85) və Cesse Sekidika (70) adlarını tabloya yazdırıblar.
Qeyd edək ki, V tura sabah, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq "Zirə" - "Qarabağ" görüşü ilə yekun vurulacaq.